Qurban Qurbanov: "Rəqibi yaxşı analiz etmişik"

23:02 - 24 İyul 2018 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah səfərdə keçirəcəkləri oyun öncəsi açıqlama verib. Təcrübəli baş məşqçi bildirib ki, "Kukesi" futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik: "Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir. Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticəylə qayıtmaq üçün meydana çıxacağıq". Qeyd edək ki, "Kukesi" - "Qarabağ" oyunu sabah keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək. Hər iki oyunun başlama saatı 21:00-dır.

Xəbər xətti