Ana səhifə
14 Noyabr 2018

Ərdoğandan Özilə dəstək: "Belə irqçi yanaşma qəbuledilməzdi"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya millisindəki karyerasını bitirən Məsut Özilə dəstək verib. Apasport.az saytının “Die Welt”ə istinadən məlumatına görə, siyasətçi Türkiyə əsilli futbolçuya qarşı irqçi davranışın qəbuledilməz olduğunu deyib.     “Dini baxışı səbəbindən, həmişə Almaniya yığma komandası üçün əlindən gələn hər şeyi ortaya qoyan bir gəncə qarşı belə irqçi yanaşma qəbuledilməzdi. Onun gözlərindən öpürəm və bəyanatını tamamilə dəstəkləyirəm” – deyə, Ərdoğan vurğulayıb.   Türkiyə prezidenti son olaraq Özilə dəstək vermək üçün onunla telefonda danışdığını bildirib.   Qeyd edək ki, Məsut Özil irqçi davranışları əsas gətirərək yığma karyerasına son qoyduğunu açıqlayıb.
Tarix
24 İyul 2018 [22:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin