Ana səhifə
14 Avqust 2018

“Vətəndaşlar arasında Hasilat Sənayesində Şəffaflıq prosesləri barədə məlumatlandırma işinin təşkili” layihəsi davam edir

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaşlar arasında Hasilat Sənayesində Şəffaflıq prosesləri barədə məlumatlandırma işinin təşkili” layihəsi üzrə növbəti seminarları  davam etdirir. Layihə fəaliyyəti üzrə seminarlar İmişli və Saatlı  şəhərlərində baş tutmuşdur.Seminarlarda yerli icmalar və yerli hakimiyyət orqanlarının nümayəndələri,QHT,KİV  və ictimaiyyət nümayəndələri iştirakı etmişdir.

Seminarlarda olaraq qanunvericilik bazası haqqında məlumat verilmişdir. Bu zamanHasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri,bu təşəbbüsdə Azərbaycanın iştirakçılıq vəziyyəti,Vətəndaşların məlumatlara çıxış imkanları,yerli əhəmiyyətli məsələlərin həllində Hasilat Sənayesinə daxil olan şirkətlər və onları üzərinə düşən korporativ məsuliyyətlər,hasilatın pay bölgüsündə iştirak edən şirkətlər və pay bölgüsünün mexanizmləri və.s müzakirə olunmuşdur.

Nöbəti mərhələdə QHT vəYerli vətəndaşların iştirakı ilə HSŞT və ictimai nəzarətin təşkili istiqamətində səylərin artırılması, HSŞT işində QHT-ləri rolu və həyata keçirdiyi layihələr,problemlər və onun həlli istiqamətində səylərin birləşdirilməsi, əməkdaşlıq münasibətlərinin qurulması haqqında məlumatlar verilmişdir

Seminarların sonunda iştirakçıların verdiyi suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

Seminarlarda ekspert qismində Layihə rəhbəri İlqar Hüseynli və Fərhad Qəşəmli iştirak etmişdir.ekspertlər tərəfindən hazıtlanmış təqdimatı iştirakçılara təqdim etmişdir. Eyni zamanda layihə çərçivəsində hazırlanmış tədqiqat işi iştirakçılarla birlikdə müzakirə edilmişdir.

Seminarlara ən diqqəti çəkən məqam qadın iştirakçılığının çoxluq təşkil etməsi olmuşdur.Qadınlar tərəfindən təqdimatçılara bu istiqamətdə suallar verilmiş və cavablandırılmışdır.

Tarix
24 İyul 2018 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin