İlin ən yaxşı məşqçisi adına namizədlərin adları açıqlanıb

18:00 - 24 İyul 2018 - İDMAN

FIFA ilin ən yaxşı məşqçisi adına layiq olan namizədləri açıqlayıb.  "Report" qurumun saytına istinadən xəbər verir ki, siyahıya 11 məşqçinin adı daxil edilib. Bunlar italiyalı Massimiliano Alleqri ("Yuventus", İtaliya), xorvatiyalı Zlatko Daliç (Xorvatiya milli komandası), fransalı Didye Deşam (Fransa milli komandası), ispaniyalı Xosep Qvardiola, ("Mançester Siti", İngiltərə), almaniyalı Yurgen Klopp ("Liverpul", İngiltərə), ispaniyalı Roberto Martines (Belçika milli komandası), argentinalı Dieqo Simeone ("Atletiko", İspaniya), ingiltərəli Qaret Sautqeyt, (İngiltərə milli komandası), ispaniyalı Ernesto Valverde ("Barselona", İspaniya), rusiyalı Stanislav Çerçesov (Rusiya milli komandası) və fransalı Zinəddin Zidandır ("Real Madrid"in sabiq baş məşqçisi, İspaniya). Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək. 

Xəbər xətti