"Kukesi" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

13:11 - 21 İyul 2018 - İDMAN

"Qarabağ" klubunun Albaniyanın "Kukesi" komandası ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək hakimlər müəyyənləşib.  Qarşılaşma norveçli hakimlər briqadasına həvalə olunub və baş hakim Hobber Nilsen olacaq. FİFA referisinə Harald Qronevik və Oskar İsaksen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Erik Steen yerinə yetirəcək. Qeyd edək ki, iyulun 25-i Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab qarşılaşması isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq. Həmin matç da 21:00-da start götürəcək.  Report

Xəbər xətti