Ana səhifə
18 Avqust 2018

Bakıda su sayğacları oğurlayan şəxs saxlanılıb

Bakıda 7 ədəd su sayğacı oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinə (PB) Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək tutulub. Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Tarix
21 İyul 2018 [12:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin