Ana səhifə
21 Avqust 2018

"Azərenerji" ötən gün Bakıda bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi SƏBƏBİNİ açıqladı

"Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilə yaranmasına münasibət bildirib. Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, həmin gün saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib. Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb: "Eyni zamanda bildiririk ki, “Azərişıq” ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir. Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib".
Tarix
21 İyul 2018 [11:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin