Bakıda iki avtomobil toqquşub

09:23 - 21 İyul 2018 - HADİSƏ

Gecə saatlarında paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Xəbər xətti