İranda neft anbarında partlayış oldu

17:19 - 20 İyul 2018 - Xəbər

İranda neft saxlanan anbarda partlayış olub. 

“Qafqazinfo”nun “Tasnim”agentliyinə istinadən verdiyi xəbərə görə, Xomeyni rayonunda baş verən qəza zamanı 1 nəfər yaralanıb, 2 nəfərin taleyindən xəbər yoxdur. Bildirilir ki, neft məhsullarının olduğu sisternlərdən yanğın olub. Partlayışın səbəbi araşdırılır.

Xəbər xətti