Şahin Mustafayev Gəncədə Süni Mərmər və Qranit İstehsalı Zavodunun tikintisi ilə tanış olub

17:52 - 20 İyul 2018 - İQTİSADİYYAT

İqtisadiyyat naziri Şahin Mustafayev Gəncədə fəaliyyət göstərən “NB Satınalma və Ticarət” MMC-nin Süni Mərmər və Qranit İstehsalı Zavodunun tikintisi ilə tanış olub.

Qeyd edək ki, innovativ və yüksək texnologiyaların tətbiqi əsasında idxalı əvəz edən və rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edəcək müəssisənin 2019-cu ilin birinci yarımilliyində istifadəyə verilməsi nəzərdə tutulur. Ümumi investisiya dəyəri 46,5 milyon manat olan Zavodun yaradılmasına İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzətli kredit ayrılıb. Zavodda İtaliyanın bu sahədə aparıcı şirkətlərinin avadanlıqlarından istifadə olunmaqla ildə 3 milyon m2 süni mərmər, keramik qranit, metlax və digər məhsullar istehsal olunacaqdır. Müəssisənin məhsullarının daxili tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara da ixracı nəzərdə tutulur. Zavodun fəaliyyətə başlaması ildə təqribən 30 milyon manatdan çox vəsaitin ölkədən çıxmasının qarşısının alınmasına səbəb olacaqdır.

Zavodda 280 yeni iş yeri açılacaq.


Xəbər xətti