Avtobus aşdı: 2 ölü, 12 yaralı – FOTO

15:20 - 20 İyul 2018 - HADİSƏ

Türkiyənin Trabzon əyalətində sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, qəza hadisəsi səhər saatlarında baş verib. Trabzon – Vakfıkebir arasında hərəkət edən avtobus yol kənarında elektrik dirəklərinin yüklənməsi zamanı yola düşən dirəyə çırpılıb. Çırpılmanın şiddətindən sürücünün idarəetməsindən çıxan avtobus yol kənarındakı beton bloklara çırpılaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Ətrafdakıların köməkliyi ilə əraziyə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə əməkdaşları çağırılıb. Yaralılar ilkin yardım göstərilərək yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Namiq

Xəbər xətti