AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

15:17 - 20 İyul 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş. Əkbərov son söz deyib. O, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib: "Aqşin mənim üzümə durdu. Amma buna baxmayaraq onu eve buraxılmasını istəyirəm. Aqşin menim sürücüm ve en etibarli adamim olub. Ona gore yanimda teqsirləndirilən Qoçeli ve Zöhrabında azad olunmasını isteyirem. Men diger memurların işini gormüşəm. 1979-cu ildən işləmişəm və dələduz olmamışam. Öz hesabından hərbçilərə ərzaq göndərmişəm. Mənim vəkillərim bir işimi düzgün aparmadı. Apellyasiya məhkəməsində onlardan imtina edəcəm".

Sonra məhkəmə kollegiyası müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
A. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Xəbər xətti