"Barselona"dan "Real"a ağır zərbə

14:54 - 20 İyul 2018 - İDMAN

Kriştiano Ronaldonu "Yuventus"a satan "Real"ın hədəfindəki əsas futbolçunun Eden Hazard olduğunu xəbər vermişdik.

Avropa mediasının məlumatına görə, "Kral Klubu" artıq belçikalı ulduzla anlaşıb və "Çelsi" ilə danışıqları davam etdirir. Ancaq "Real" bu transferlə bağlı ciddi maneə ilə üzləşib.

Ucnoqta.az Fanat.az-a istinadən xəbər verir ki, Madrid klubunun əsas rəqibi "Barselona" da Hazarda elçi düşüb. Hətta kataloniyalılar onun qarşılığında London klubuna Osman Dembele və müəyyən məbləğdə pul təklif edib.

Xəbər xətti