Ana səhifə
18 Avqust 2018

"Qarabağ"ın futbolçusu "Kukesi" ilə oyunu buraxacaq

Sloveniya "Olimpiya"sı ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Əzələsində dartınma olan futbolçunun bir həftə sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" qarşılaşması 0:0 hesablı heç-heçə ilə başa çatıb. Ağdam təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandası ilə qarşılaşacaq. İlk görüş iyulun 25-də səfərdə, cavab oyunu avqustun 1-də evdə olacaq.

Tarix
20 İyul 2018 [13:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin