Prokuror gəlinini güllələyən şəxsə cəza istəyib

13:07 - 20 İyul 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, S. Məmmədovun 18 il müddətinə azadlıqda məhrum edilməsini istəyib.
Xatırladaq ki, qətl hadisəsi ötən il baş verib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu gəlinini qətlə yetirib. Seyidmalik Məmmədov polisə özü təslim olub. İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində tüfənglə vuraraq öldürüb.Apa

Xəbər xətti