Gələn ilin sonuna qədər Azərbaycanda 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək

18:45 - 20 İyul 2018 - Xəbər

Gələn ilin sonuna qədər "Bakı Gəmiqayırma Zavodu" MMC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək. 

Bunu jurnalistlər üçün təşkil olunan təlimdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, həmin gəmilərlə 50 TIR tipli yük maşını, 44 yük vaqonu və 100 sərnişin daşımaq mümkün olacaq. 

X.Həsənki qeyd edib ki, son vaxtlar Azərbaycan ərazisi ilə TIR-ların hərəkəti azalıb: "Əvvəllər Türkiyə ilə Rusiya arasında problem olanda, yüklər Xəzər dəniz vasitəsilə daşınırdı, indi də bu iki ölkə arasında əlaqələr düzəlib deyə, ənənəvi marşrutlar bərpa olunub, bununla belə, bizim daşımalar hələ də var".

Bakı limanı rəsmisi həmçinin deyib ki, ötən ilin I yarısı ilə müqayisədə bu ilin I yarısında sərnişin daşınması 37% artıb. report

Xəbər xətti