Azercell sosial mediada da liderdir!

13:02 - 20 İyul 2018 - Xəbər

Şirkət yenidən “Socially Devoted” sertifikatına layiq görülüb

Ölkədə sosial şəbəkələr üzərindən və onlayn rejimdə ilk müştəri xidmətləri təqdim edən “Azercell Telekom” MMC yüksək xidmət səviyyəsini və peşəkarlığını bir daha sübut edib. 2018-ci ilin birinci rübündə rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni operativ şəkildə cavablandırdığına görə beynəlxalq “Socialbakers” şirkəti tərəfindən “Socially Devoted” sertifikatına layiq görülüb. Bu nailiyyəti daha da təqdirəlayiq edən məqam Azercell-in rəsmi Facebook səhifəsində 440 000-dən artıq izləyici sayıdır və bu rəqəm böyümə dinamikasına malikdir. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, bu göstərici ilə növbəti dəfə digər mobil operatorları geridə qoyub. 
 
Şirkətin Twitter, İnstagram rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 600 000-ə yaxın istifadəçisi var. Onlar 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və 6 fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər. Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.

Qeyd edək ki, “Socialbakers” (http://www.socialbakers.com) dünyada sosial şəbəkələrin monitorinqini apararaq, 75 ölkədən çox olan minlərlə abunəçiyə xidmət göstərir. Şirkət müştəri suallarının cavablandırılması səviyyəsi üzrə yüksək göstəriciyə imza atan şirkətləri mükafatla təltif edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Xəbər xətti