“Xiaomi“dən nəhəng smartfon

Çinin “Xiaomi” şirkəti böyük ekranlı smartfon (planşetofon) təqdim edib.

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, cihaz 6,9 ekran (2160x1080 piksel) ölçülüdür, “Snapdragon 636” prosessoru ilə təchiz olunub. Böyük modifikasiya 6 GB operativ və 128 GB daxili yaddaşa, kiçik modifikasiya isə 4 və 64 GB yaddaşa malikdir. Əsas kamera ikilidir, müvafiq olaraq, 12 və 5 meqapikseldir. Ön kamera isə 8 Mp-dir.

Smartfon 2 dinamik, barmaq izi skaneri, “microSD” slotu, 4G VoLTE, eləcə də iki SİM kart üçün slota sahibdir. Cihaz “Android 8.1 Oreo” əməliyyat sistemi ilə çalışır. Akkumulyatorun tutumu 5500 mAs-dır.

Tarix
20 İyul 2018 [19:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin