Ana səhifə
18 Sentyabr 2018

“Qarabağ” bu xəbərlə sarsıldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə keçiriləcək son oyuna hazırlıqlarını davam etdirən “Qarabağ”da zədəli futbolçuların durumuna aydınlıq gəlib.

 

 

Ucnoqta.az xəbər verir ki, klubun həkimi Murat Şahinoğlunun   “apasport.az”a açıqlaması “Qarabağ” azarkeşlərinin heç də ürəyincə olmayacaq. Çünki həkim braziliyalı futbolçular Reynaldo Silva və Danilo Diasın bu qarşılaşmanı da buraxacaqlarını bildirib: “Reynaldonu “İnter”lə oyuna yetişdirə bilmədik. Braziliyalı hücumçu üçün, ümumiyyətlə, il başa çatıb. Dias da “İnter”lə görüşü buraxacaq. O, çempionatın son iki turunda oynaya bilər. Bədavi Hüseynovun durumu isə o qədər də ciddi deyil. Yəqin ki, avrokubok matçında iştirak edə biləcək”.

 

 Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq./Qafqazinfo/

Tarix
9 Dekabr 2014 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin