Bakıda parkdan 10 min manatlıq fəvvarə stəkanları oğurlanıb

10:46 - 20 İyul 2018 - Xəbər

İyulun 18-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə rayon ərazisindəki parkların birindən 10000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıbr. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.

Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti