"Neftçi"nin baş məşqçisi: "Ola bilsin ki, futbolçuları oyuna düzgün kökləyə bilməmişdik"

10:20 - 20 İyul 2018 - İDMAN

"Bu bizim üçün çox ağır nəticədir". 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Uypeşt”lə cavab oyunundan (4:0) sonra deyib.

İtaliyalı mütəxəssis həm nəticəyə, həm də komandamızı dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədiyi üçün kədərləndiyini bildirib:

"Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin ki, futbolçuları oyuna düzgün kökləyə bilməmişdik".

Baş məşqçi qeyd edib ki, əlbəttə, bu, çox acınacaqlı haldır: "Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.

Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk oyunda Macarıstan klubunu 3:1 hesabı ilə məğlub etmişdi.trend

Xəbər xətti