Ana səhifə
17 Oktyabr 2018

Kürdəmirdə oğurluq edən şəxs tutulub

Kürdəmir rayonunda oğurluq edən şəxs tutulub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iyulun 11-də Kürdəmir şəhəri M.Qasımov küçəsindəki evlərdən birində yaşayan 1971-ci il təvəllüdlü Bağıyeva Simuzər Əli qızı Kürdəmir rayon Polis şöbəsinə (RPŞ) müraciət edərək iyulun 7-dən 11-dək  Bakı şəhərində olmasını, yaşadığı ünvana qayıdarkən evindən dəyəri 193 manat olan HP markalı notebukunun və 20 manat dəyərində olan suvenir qılıncının naməlum şəxs(lər) tərəfindən oğurlanmasını bildirib.
Kecirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Kürdəmir şəhəri, H.Əliyeyev prospekti, ev 5-də qeydiyyatda olan və yaşayan 1989-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Məhəmməd Əfqan oğlunun törətməsi müəyyən olunub.

Hadisə zamanı evdən oğurlanmış bir ədəd HP markalı notebook və bir ədəd suvenir qılıncın iş ücün sübutu əhəmiyyəti nəzərə alınaraq Məhəmməd Məmmədovun satmış olduğu şəxslərdən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Tarix
19 İyul 2018 [15:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin