Stolüstü tennisçilərimiz gənclər arasında Avropa Çempionatının finalında

14-24 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir. 

Ucnoqta.az xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda oğlanlardan ibarət komandamız çempionatın 1/8 mərhələsi ilə kifayətlənməli olub. Qızlardan ibarət yığmamız isə 1/4 finalda Almaniya yığmasına, yarımfinalda isə Fransa yığmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiya yığması ilə görüşəcək. 
Final görüşünü bu gun 20:30-da Federasiyanın rəsmi “Facebook” səhifəsindən (https://www.facebook.com/www.astf.az/) canlı izləmək mümkündür. 

Xatırladaq ki, 2017-ci il stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatında qızlardan ibarət yığmamız komanda hesabında III yer tutaraq  bürünc medal, şəxsi yarışlarda isə qız tennisçimiz qızıl medal qazanıb.

 

Tarix
19 İyul 2018 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin