Tramp Ərdoğana: Qoca rahibi sərbəst buraxın

ABŞ Prezidenti Donald Tramp rahib Endryu Kreyq Bransonun sərbəst buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, D.Tramp "Twitter" səhifəsində Türkiyədə saxlanılan E.Bransonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandırıb:

"Ərdoğan bu xristian qocanın sərbəst buraxılması üçün nəsə etməlidir. O, yanlış bir iş görməyib və ailəsinin ona ehtiyacı var".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib.

Tarix
19 İyul 2018 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-07-19 13:15:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin