Dünyanın ən varlı idman klubunun adı açıqlandı

18:24 - 19 İyul 2018 - Xəbər

Dünyanın ən varlı idman klubunun adı açıqlanıb. Bu ada "Dallas Kovboys" layiq görülüb.

Qeyd edək ki, bu idman klubu artıq ardıcıl olaraq 3-cü dəfədir ki, ən varlı idman klubu adını qazanır. Klubun dəyəri 4,8 milyard dollar təşkil edir.

"Forbes" jurnalının hazırladığı ən varlı idman klublarının reytinqində növbəti yerləri müvafiq olaraq "Mançester Yunayted" (dəyəri 4,1 milyard dollar) və "Real" (dəyəri 4,09 milyard dollar) tutub.

Dördüncü yerdə isə dəyəri 4,06 milyard dollar təşkil edən "Barselona" klubu qərarlaşıb.trend

Xəbər xətti