Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

11:56 - 19 İyul 2018 - Xəbər

Sumqayıtda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, iyulun 18-də Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan, 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatıb. F.Fərzəliyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti