Ana səhifə
20 Oktyabr 2018

Vüsal Hüseynov: “Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında artım qeydə alınıb”

“Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 75 nəfərdir. Qaçqın statusu əsasında yaşayan şəxslər əsasən Pakistan, Əfqanıstan və İran vətəndaşlarıdır”.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, bu ilin iyulun 1-nə olan məlumata görə, ölkəmizdə 32 648 nəfər müvəqqəti, 11 288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.
V. Hüseynovun sözlərinə görə, hesabat dövründə DMX-ya vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13 341 müraciət daxil olub.
DXM rəisi qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib: “Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir”.

Xidmət rəisi qanunsuz əmək fəaliyyəti sahəsinə də nəzarətin gücləndiriləcəyini vurğulayıb. Apa

Tarix
19 İyul 2018 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin