Ana səhifə
14 Dekabr 2018

Adnan Oktarın ilk ifadəsi Açıqlandı: "Əməkdaşlarım mənə tələ qurublar"

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktar məhkəmədə verdiyi ifadəsində ittihamları qəbul etməyib.

Geniş dost qrupu olduğunu deyən Oktar ləqəb istifadə etdiyini, ancaq kod adı olmadığını bildirib. Ucnoqta.az xəbər verir ki, Publika.az Türkiyə mətbuatına istinadən Adnan Oktarın ifadəsini təqdim edir:

“Türk polisinə qarşı iddia edildiyi kimi fikrim olmadığını bəyan etmək istəyirəm. Ayda 3 min 500 TL-dən savayı gəlirim yoxdur. Əməkdaşlarım mənə tələ qurublar. Xarici səfərlərim Türkiyə əleyhinə deyil. Türkiyə lehinə aparılan danışıqlardır. Kiçik qızları evinə alaraq cinsi təcavüz etdiyimə dair iddiaları da qəbul etmirəm. Mən qanuna, hüquqa uyğun, xalqın içində yaşayan bir insanam. Millətin göz önündə yaşayan, TV-də çalışan bir şəxs kimi xalq məni görür və tanıyır. Getdiyim yerlər məlumdur. Gizli təşkilat lideri deyiləm. Dürüst insanlarla yaşamağı, dost olmağı sevən, dost çevrəsi olan bir insanam. İddiaları çirkin sayıram və qəbul etmirəm. Bizə qarşı hücum edən bu qrup 25-30 nəfərlik qrupdur. Bunları da bilirik. İnternetdə də bu əməliyyatları ifşa edən adamlar var. Qız uşaqlarına təcavüz hadisələrini isə qətiyyən qəbul etmirəm. Bu da böhtandır. Qız uşaqlarının ailələrinə 50 min TL pul verərək onları aldığımıza dair iddialar var. Halbuki mən həyatımın hər mərhələsində diqqətli olduğum kimi, qız uşaqları mövzusunda da son dərəcə diqqətli davranaraq əlaqə quran bir adamam. Kiçik qız anası ilə birlikdə gəldi. Ancaq evə almamışam, bağda görüşdük, göndərdim. Bu böhtanları qəbul etmirəm. Atatürkçü, millətçi bir insanam. Günahkar deyiləm və sərbəst buraxılmağı tələb edirəm”.

Qeyd edək ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun göstərişi ilə bir neçə gün öncə 5 rayonda Adnan Oktar və qrupuna qarşı aparılan əməliyyat çərçivəsində həbs olunan 187 nəfərdən 183-ü polis əməliyyatlarının ardından iki ayrı qrup halında məhkəməyə gətirilib. Hakim qarşısına çıxarılan 183 şübhəlinin 176-sı cinayət törətmək məqsədilə təşkilat qurmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz və s. cinayətlərdə ittiham olunur.

Adnan Oktar və təşkilatının 38 üzvünün həbs olunmasına, 2 şübhəlinin də polis nəzarətində saxlanılması şərti ilə sərbəst buraxılmasına qərar verilib. Dindirilən məhbusların sayı 116-nı keçib.

Tarix
19 İyul 2018 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin