Ana səhifə
14 Dekabr 2018

Bu il Bakıda 40 min piyada cərimələnib

Azərbaycanda  yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə bir neçə dəyişiklik edilib. Nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün nəzərdə tutulmuş cərimənin məbləği artırılıb. Əvvəl bu qayda pozuntusuna görə 20 manat məbləğində cərimələnən piyadalar, qanun layihəsi prezident tərəfindən imzalandıqdan sonra 40 manat ödəməli olacaqlar.

Maraqlıdır, qanunvericiliyə edilən bu dəyişiklik  nə dərəcədə səmərəli olacaq?
Ucnoqta.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov  Modern.az saytına açıqlamasında deyib ki,  bu il ərzində Bakı şəhəri üzrə  indiyə kimi təxminən 40 min piyada cərimələnib:
“Avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş sürət rejimi 80 km/saat və artıq  yollarda yeraltı , yerüstü keçidlər varsa və bu keçidlərdən istifadə etməyən piyadalar aşkarlanırsa, onlar barəsində inzibati qəza sanksiyası 20 manatdan 40 manata dəyişdirildi. Hesab edirəm ki,  qanuna vaxtında əlavə edilən bu dəyişiklik müsbət  nəticələr əldə etməyə imkan verəcək. 20 manatdan 40 manatadək cərimənin çoxalması ən azı piyada vurma faktlarının sayının aşağı düşməsində cəzanın təsiretmə mexanizmi kimi  öz müsbət təsirini göstərəcək.

Digər tərəfdən, piyadaların cərimələnməsi ilə bağlı tərəfimizdən nəzarət gücləndirilib. Təkcə piyadaları cərimələmək deyil, eləcə də təyin olunmayan yerlərdən keçmənin qarşısının alınması məqsədilə onlar arasında təbliğat işinin  aparılması da davam etdirilir. Məhz bunun nəticəsidir ki, Bakı şəhər üzrə qeydə alınan yol nəqliyyat hadisələrində piyada vurma faizi aşağı düşüb. Hesab edirik ki, bu sahədə yenə də təxirəsalınmaz işlər görülməlidir.  Çünki ümumi yol qəza hadisələrində piyadaların avtomobillərlə vurulması 62 faiz  təşkil edir. Bu da çox böyük rəqəmdir və ciddi narahatlıq doğurur. Ən azından nizam-intizamın yüksəldilməsi, piyadalar arasında təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində hər birimiz öz bilik və bacarığımızı üzə çıxarmalı, təbliğat aparmalıyıq”.
Müsahibimiz qeyd edib ki, ötən illə müqayisədə bu il cərimələnən piyadaların  sayında azalma müşahidə edilir:

“Bu azalmanın səbəbi Bakı şəhər üzrə  yeraltı, yerüstü piyada keçidlərinin əməkdaşlarımız tərəfindən nəzarətə götürülməsi və bu sahədə 150-yə qədər əməkdaşın sayının artırılması ilə əlaqəlidir. Bilirsiniz, 80-a yaxın yeraltı, yerüstü piyada keçidi var. Eyni zamanda dediyim kimi, bu keçidlər əməkdaşlarımız tərəfindən nəzarətdədir, bu gün də xidmət aparılır. Etiraf edilməlidir ki, hazırda piyadaların inzibati məsuliyyətə cəlb edilməsindən daha çox onlar arasında profilaktik söhbətlər aparmaqla təhlükəli vərdişdən yayındırmağa çalışırıq. Əgər ilin əvvəlindən bu günə qədər təxminən 40 minə qədər  Bakı şəhəri üzrə piyadalar saxlanılıb məsuliyyətə cəlb edilibsə də, bu rəqəmin yarısı qədər də piyadalar arasında təbliğat aparılıb”.

Tarix
18 İyul 2018 [19:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin