Ana səhifə
18 Avqust 2018

Sahil Babayev BQXK-nin Azərbaycan nümayəndəliyinin başçısı ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar  fəaliyyəti itkin düşmüş şəxslərin və mina qurbanlarının ailələri, cəbhəyanı ərazilərdə yaşayanlar və digər həssas qruplarla bağlı sosial əhəmiyyətli və reabilitasiya yönümlü layihələri də əhatə edir. Bu sahələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə təşkilat arasında fəal əməkdaşlıq üçün imkanlar mövcuddur.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə Komitənin Azərbaycan nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə keçirilən görüşdə vurğulayıb. Görüşdə BQXK-nın müdafiə işləri üzrə koordinatoru Bjoern Oliver Rahm da iştirak edib. 
S.Babayev sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması və reabilitasiyası məqsədilə nazirlik tərəfindən icra olunan proqramlar barədə məlumat verib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin sosial müdafiə sisteminin ildən-ilə güclənməsinə, həmçinin sosial müdafiə sahəsində aktiv formada dəstək tədbirlərini nəzərdə tutan proqramların getdikcə genişlənməsinə imkan verdiyini vurğulayıb.

Nazir ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası, həmin döyüşlərdə şəhid olmuş insanların, itkin düşmüş şəxslərin ailələrinin sosial təminatı sahəsində aparılan işləri qeyd edib. S.Babayev  BQXK-nin humanitar fəaliyyətində sosial yardım proqramlarının, reabilitasiya məqsədli layihələrin icrasının də mühüm istiqamətlərdən olduğunu, bu sahələrdə nazirlik ilə Komitə arasında geniş əməkdaşlıq müstəvisinin qurulmasının məqsədəuyğun ola biləcəyini deyib.
Xanım E.A.Sessera Komitənin Azərbaycanla bağlı layihələrini diqqətə çatdırıb, ötən dövrdə nazirliklə müəyyən sahələrdə əməkdaşlıq təcrübəsinin olduğunu, gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiklərini bildirib.

Görüşdə mina partlayışı qurbanlarının və itkin düşmüş şəxslərin ailələri, mina partlayışından zərər çəkmiş şəxslər və cəbhəyanı ərazilərdə yaşayanlarla bağlı sosial proqramların, müxtəlif reabilitasiya məqsədli layihələrin icrası, protez-ortopedik məmulatlarla təminat sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. 
Tarix
18 İyul 2018 [17:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin