Ana səhifə
21 Avqust 2018

Qanunsuz heyvan kəsiminə qarşı reydlərə başlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlayıb.

Ucnoqta.az xəbər verir ki. Agentlikdən Trend-ə verilən məlumata görə, qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlərə başlayıb.

Keçirilən reydlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri xatırladılıb və onlara sonuncu xəbərdarlıq edilib.

Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir.

Agentlik xəbərdarlıq edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcək.

Tarix
18 İyul 2018 [17:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin