Ana səhifə
15 Oktyabr 2018

Azərbaycan İtaliya ilə alternativ enerji sahəsində əməkdaşlıq edə bilər

"Azərbaycanla İtaliya arasında əlaqələr uğurla inkişaf edir. İtaliya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşıdır".

Bunu Bakıda keçirilən "Energetika və təmiz texnologiyalar" adlı Azərbaycan-İtaliya dəyimi masasında energetika nazirinin müavini Samir Vəliyev deyib. "Əməkdaşlığımızın aparıcı istiqamətlərdən biri energetika sahəsidir. Bu sahədə ən önəmli layihələrdən biri isə Cənub Qaz Dəhlizidir. Dəhlizin bir parçası olan Trans Anadolu Qaz Boru Kəməri (TAP) üzrə işlər öz axarı ilə gedir", - deyə o, qeyd edib. 

Bundan başqa, nazir müavini bildirib ki, Azərbaycan İtaliya ilə bərpa olunan (alternativ) enerji sahəsində birgə fəaliyyət göstərə bilər. 

"Azərbaycanın günəş enerji istehsalı potensialı 23 min meqavat, külək enerjisi istehsalı potensialı isə 3 min meqavat təşkil edir", - deyə S.Vəliyev qeyd edib.report

Tarix
18 İyul 2018 [16:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin