Ana səhifə
18 Avqust 2018

Türkiyə səfiri: "Xainlər cəzasını alacaq"

Bakı Yunus Emre İnstitutu və İLESAM Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 iyul hərbi çevriliş cəhdinə həsr olunan "Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq" adlı tədbir keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, media nümayəndələri və digər şəxslər iştirak edib. 
 Əvvəlcə 15 iyul hadisələrinə dair film nümayiş olunub. 
 Tədbirdə  çıxış edən Türkiyə  səfiri Erkan Özoral bildirib ki, türk milləti vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək: “Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Bu xainlər əməllərinin cəzasını alacaqlar".
 H. Babaoğlu çıxışında deyib ki, 15 iyul tarixində Türkiyə Cümhuriyyəti yenidən doğulmuş sayılır: “FETÖ terrorizmi erməni terrorizmi qədər qəddardır. Bəs, bu terrorun arxasında kim dayanır? Bu, heç də erməninin, FETÖ-nun ağlı deyil. Bunun arxasında  qlobal imperializm durur. Nəyin baş verdiyini dərk etməsək, səbəblərini ortaya çıxartmasaq, bənzər hadisələrlə  yenidən üz-üzə gələ bilərik”. 

İLESAM Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Nuri də çıxışında qeyd edib ki, türk milləti bir olarsa, bu cür hadisələr bir də yaşanmaz. Apa

Tarix
18 İyul 2018 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin