Ana səhifə
20 Avqust 2018

Xəzəri çirkləndirən 13 şəxs inzibati məsuliyyətə cəlb edildi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Xaçmaz rayonu ərazisində reydlər keçiriblər.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 12 fiziki və 1 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.400 manat təşkil edib.

Ümumilikdə cari ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 493 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 37.950 manat cərimə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
18 İyul 2018 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin