Ana səhifə
18 Avqust 2018

Bakıda 4 min manatlıq ərzaq məhsulları oğurlandı

İyulun 12-nə keçən gecə Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Abşeron rayon sakini Elçin Nəsibov, Bakı şəhər sakinləri Məmməd Rüstəmov və Bünyad Abbasov olduqları müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix
18 İyul 2018 [13:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin