Ana səhifə
18 Oktyabr 2018

Sürücülər bu ərazilərdə diqqətli olsunlar!

Bir sıra yollarda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin Dövlət Bayrağı Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Maştağa-Nardaran-Bilgəh avtomobil yolunda üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tarix
18 İyul 2018 [11:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin