Ana səhifə
15 Oktyabr 2018

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Ucnoqta.az xəbər verir ki, DGK Mətbuat Xidmətindən verilən məlumata görə, hər iki fakt idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb. Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF XF105” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerində iki ədəd plastik qutuda, kabinənin yataq yerindəki döşəyin altında, kabinədə olan əl çantasında və kabinənin tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə ümumilikdə 17.600 ədəd “Marlboro Silver Pack 72S” markalı siqaret aşkar olunub.
Rusiyadan gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi “DAF XF105” markalı yük avtomobilinə gömrük baxışı zamanı isə avtomobilin kabinəsində olan yataq yerindəki döşəyin altında və ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerdə, kabinədə soyuducunun sağ tərəfində olan örtüyün arxasındakı boşluqda, səsgücləndiricinin arxasında olan boşluqda və kabinədəki digər boşluqlarda 5200 ədəd “Marlboro Silver Pack” və 11.800 ədəd “Marlboro Silver Pack 72s” markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Tarix
18 İyul 2018 [11:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin