Ana səhifə
18 Dekabr 2018

Nazir müavini böyük narkotranzit yollarından danışdı

Əli Şəfiyev: “Tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

 

Bu il iyunun 11-də Gürcüstan Daxili İşlər Naziliyi 3 tona yaxın maye heroin daşıyan qaçaqmalçıları saxladı. Məlum oldu ki, həmin heroin İrandan Azərbaycan ərazisinə keçirilib və sərhədlərimizi aşaraq Gürcüstana daxil olub. Bu günə qədər ölkə rəsmilərindən bunca heroinin ölkə sərhədlərini necə aşması haqda açıqlama verilməyib.

 

“Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxışı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev deyib ki, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotik daşınması kanalları aşkarlanıb. APA-nın məlumatına görə, nazir müavini narkomaniya və narkotik daşımalarına qarşı mübarizədən danışarkən deyib ki,  son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənlənib. Ə.Şəfiyevin sözlərinə görə, əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün də mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır: 

 

“Bu baxımdan narkotiklərin qacaqmalçılığı və və tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə də ölkəmizdə təcili və təxirə salınmaz tədbirlərin görülməsini zəruri edir”.

 

Nazir müavini qeyd edib ki,  əgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdürsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb: “Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir necə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar”. Ə.Şəfiyev deyib ki, narkomanlıq genofondumuza vurulan ağır bəla kimi qiymətləndirilir, ona qarşı ardıcıl mübarizə aparılır:

 

 “Düşünürük ki, bu dəhşətli bəla nəinki dövlət qurumlarını, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifə və statusundan asılı olmadan hər kəsin işinə çevrilməlidir. Narkomanlığın doğurduğu təhlükələr hərtərəfli qiymətləndirilməli və ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır”. 

 

Ə.Şəfiyev gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən birinin ailə və cəmiyyətin dəstəyindən kənarda qalmaları olduğunu söyləyib. Nazir müavininin sözlərinə görə, Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır: “Xarici amillərə gəlincə, bu sırada ən birincisi, Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq və normaların prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlər qeyd olunmalıdır. 

 

Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi, həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb. Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Həm bu mövqe, həm də ölkəmizin həyata keçirdiyi regional əhəmiyyətli layihələr və çoxtərəfli inteqrasiya meylləri cinayətkar birliklərin diqqətini bölgəyə cəlb edir”./Musavat.com/

 

Tarix
9 Dekabr 2014 [11:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin