Zidan "Yuventus"un idman direktoru olacaq

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın "Yuventus" klubunun idman direktoru olacaq.

Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir. Zidanın İtaliya klubuna oktyabr ayında qatılacağı gözlənilir.

Xatırladaq ki, "Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu da bu ay "Yuventus"a keçib.

Qeyd edək ki, Zidan "Real"ın baş məşqçisi postunu mayın 31-də öz istəyi ilə tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə Klublararası Dünya Çempionatının, bir dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.

Tarix
17 İyul 2018 [19:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-07-17 19:30:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin