Ana səhifə
18 Oktyabr 2018

Bu ilin 6 ayında 37,6 min nəfər işlə təmin edilib

Xidmətin xətti ilə işlə təmin edilənlərin sayı son 6 ayda 11,8 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin birinci yarımilində 37613 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3959 nəfər və ya 11,8 faiz çoxdur. 
Ucnoqta.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dövrdə Xidmətin xətti ilə 510 nəfər ödənişli əsaslarla ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik  çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan 1501 nəfər üçün  Xidmət tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. 69,2 min nəfər gənc isə əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərinə cəlb olunub.

Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən qısamüddətli iş üçün müraciət edən 1410 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. 
Hesabat dövründə Xidmət tərəfindən ölkənin 10 rayon və şəhərində əmək yarmarkaları keçirilməklə, 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. Həmçinin 4 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə  “Karyerada ilk addım” devizi ilə aktiv tədbirlər təşkil olunub.

Emin
Tarix
17 İyul 2018 [14:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin