Ana səhifə
13 Dekabr 2018

Ətraf mühitin ekoloji tarazlığı qanunla qorunur

Müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməyə görə cərimələr qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır

Bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli məqsədi ilə də ölkədə bu gün də ardıcıl ekoloji siyasət yürüdülür. Azərbaycanın inkişafına hədəflənmiş səmərəli dövlətçilik siyasəti, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. 
Unutmaq olmaz ki, yeni iqtisadi münasibətlər şəraitində əhalinin və sənayenin tələbatının ödənilməsində, təbii ehtiyatlardan səmərəli istifadə olunması və ətraf mühitin mühafizəsi qlobal xarakter daşıyır. Dayanıqlı sosial-iqtisadi inkişaf cəmiyyətin tələbatına cavab verməklə, ətraf mühitin təbii ehtiyat potensialının keyfiyyətinin saxlanılması, məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gələcək nəsillərin istifadəsinə verilməsi ətraf mühit və təbii ehtiyatlardan düzgün istifadədən asılıdır. Ona görə də, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi, bu əlaqələrin təsirinin optimallaşdırılması və onların həlli yollarının axtarılması vacib şərtlərdəndir.  Bu barədə professor İ.İbrahimov deyib. 
Onun sözlərinə görə, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına yol verilməməlidir. Bu səbəbdən də ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədi ilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq və ətraf mühitin sağlamlaşdırılması məqsədilə bir sıra işlər görülüb. 
Göğründüyü kimi ətraf mühitin mühafizəsi zamanı yaranan ən mürəkkəb problem iqtisadi və ekoloji maraqların toqquşmasından ortaya çıxır. Dünyanın inkişaf etmiş bütün ölkələrində hələ də bu münasibətləri inzibati-hüquqi metodlarla (qadağalar, məhdudiyyətlər, inzibati tədbirlər və s.) tənzimləməyə çalışırlar. Lakin müasir dövrdə yeni bir tendensiya - ekoloji münasibətlərin hüquqi tənzimlənməsinin əsas istiqamətlərindən biri kimi inzibati-hüquqi təsir vasitələrinin ətraf mühitin mühafizəsində iqtisadi stimullaşdırma ilə olan üsullarında öz əksini tapıb. «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununda V fəsil ətraf mühitin mühafizəsi layihəsində iqtisadi tənzimləməyə həsr edilib, bu qanunun müddəaları əsasında ətraf mühitin mühafizəsinin iqtisadi mexanizmi əks olunub. Qanuna görə ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmənin məqsədi ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması tədbirlərinin işlənib hazırlanmasına, planlaşdırılmasına və yerinə yetirilməsinə təbiətdən istifadəçilərin maddi marağını artırmaqdır.  Bu onu gəstərir ki, ətraf mühitin qorunmasə dövlətin əsas prioritetlərindən biridir. Ona görə də ilk növbədə ətraf mühitin ekoloji tarazılığı qorunmalıdır.

Qanunvericiliyə əsasən, ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və iqtisadi əsaslarına ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi; təbiətdən istifadəyə görə ödəmələr;. ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələr; ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma; ətraf mühitin mühafizəsi fondlarının yaradılması; qrantlar; beynəlxalq qurumlardan ekoloji proqramları həyata keçirmək məqsədilə ayrılan vəsaitlər.
Ətraf mühitin çirkləndirilməsinə görə müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan alınan cərimələr bir qayda olaraq ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. Bu qanunun 24-cü maddəsi ilə ətraf mühitin çirkləndirilməsinə və təbii resurslardan istifadəyə görə ödənişlər tənzimlənir və bildirilir ki, ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə, habelə təbii resurslardan istifadəyə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə təbiətdən istifadəçi olan müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan alınır. Müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməyə görə cərimələr qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır.
 Ətraf mühitin ekoloji cəhətdən tarazlığının nizamlanması “Ətraf mühitin mühafizəsi haqqında” qanunda öz əksini tapıb. Qanunun30-cu maddəsində ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanması tənzimlənir. Bu maddədə bildirilir ki, ətraf mühitin ekoloji cəhətdən tarazlığının nizamlanmasının məqsədi ekoloji təhlükəsizliyin və əhalinin sağlamlığının qorunmasına zəmanət verən, təbii ehtiyatların səmərəli istifadəsini və bərpasını, ətraf mühitin çirklənməsinin qarşısının alınmasını təmin edən elmi əsaslandırılmış ətraf mühitə yol verilə bilən təsir normalarının müəyyən edilməsidir.  Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanmasına: ətraf mühitin keyfiyyət göstəricilərinin insanın sağlamlığına, təbii resursların səmərəli istifadəsinə, mühafizəsinə və bərpasına zərərli təsirin müəyyən edilməsi;. ətraf mühitə zərərli təsirin son həddi yol verilə bilən səviyyəsinin müəyyən edilməsi aiddir. Ətraf mühitin müəyyən edilmiş keyfiyyət normativlərinin azaldılmış normalarla əvəz edilməsinə  verilmir.  

Qeyd edək ki, ətraf mühitin təsdiq edilmiş keyfiyyət normativləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. 
Bundan başqa, qanunun 31-ci maddəsi ilə ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəriciləri tənzimlənir. Bura ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri; ətraf mühitdə zərərli maddələrin konsentrasiyasının yol verilə bilən qatılıq həddi; mühafizə, sanitariya-mühafizə və digər qoruq zonalarının vəziyyəti aid edilir.
Bu maddədə bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ətraf mühitin başqa keyfiyyət normativlərini də nəzərdə tuta bilər. Çirklənmənin göstəriciləri normativ sənədlərdə göstərilməlidir.

Tarix
17 İyul 2018 [18:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin