Azərbaycana qanunsuz kondisioner hissələri keçirilməsinin qarşısı alınıb

12:40 - 17 İyul 2018 - Xəbər

Özbəkistandan Azərbaycana qanunsuz yük keçirilməsinin qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, DGK Mətbuat xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Özbəkistan Respublikasından Bakı şəhərinə gələn yükə baxış keçirilib.

Avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd "Shivaki Air Conditioner 18000 BTU/H" markalı kondisionerin hissələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Emin


Xəbər xətti