Ana səhifə
14 Dekabr 2018

Azercell-dən məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri

“Barama Junior 2018 / Summer IT school for kids” layihəsinə start verildi

Gələcək nəslin inkişafına dəstək məqsədilə bir çox layihələr həyata keçirən “Azercell Telekom” MMC daha bir təşəbbüslə çıxış edir. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə məktəblilərin yay tətilini daha səmərəli və məhsuldar keçirməsi üçün “Barama Junior 2018 / Summer IT school for kids” layihəsini təqdim edir. Artıq üçüncü ildir reallaşan “Coding Kids – Summer Course” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə daha faydalı imkanlarını izah edəcək.
 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulan layihə çərçivəsində Python, Raspberry Pi və HTML proqramları tədris ediləcək. İnteraktiv tədris metodları əsasında  keçirilən dərslər Coding Club Kids şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və Coding Club Kids şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılacaq. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçiriləcək dərslər ödənişsizdir və həftədə 3 dəfə tədris ediləcək. Dərslərə 30 iyul tarixindən start veriləcək və 4 həftə boyunca davam edəcək. Layihədə iştirak etmək üçün 20 iyul 2018-ci il tarixinə qədər Bit.ly/Barama linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Bu layihə çərçivəsində uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqları əldə etmək imkanını qaçırmayın.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
17 İyul 2018 [10:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin