“Excelsior Hotel & Spa Baku”-da “İşgüzar danışıqlar” mövzuzsunda tədbir keçirilib

09:45 - 17 İyul 2018 - Xəbər

 “Excelsior Hotel &  Spa Baku”  otelində  “İşgüzar danışıqların aparılması” mövzuzsunda tədbir keçirilib.

“Buisness  Ring”  şirkətinin rəhbəri Səbinə Rəhimova tərəfindən aparılan tədbirdə iştirakçılar bu sahədə debatlarda iştirak ediblər. Tədbirdə “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, otelin HR meneceri Kamran Rzayev, “Aura” Sağlamlıq mərkəzinin meneceri Səbinə Yusifova və digərləri iştirak ediblər. “Business  Ring”  şirkətinin rəhbəri  Səbinə  Rəhimova  hər bir xidmət sahəsində olan biznesin  uğurlu olmasında  işgüzar danışıqların düzgün  aparılmasında xüsusi yeri olduğunu qeyd edib.

 “AtaHolding”  Korportiv Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova  bildirib ki, holdinqin  korporativ kommunikasiyalar şöbəsinin  fəaliyyət  planına uyğun olaraq il ərzində keçirilən müxtəlif  təlimlər, tim bildinq  xarakterli tədbirlər iştirakçılar tərəfindən maraqla  qarşılanır.  Bu cür tədbirlər  iştirakçılara yeni məlumatlar əldə etməklə yanaşı,  həmçinin,  öz bilik və bacarıqları  ilə bir biri ilə bölüşməsinə imkan yaradır. 

Qeyd edək ki,   “Business  Ring”  şirkəti yay  mövsümündə  xüsusi aksiya keçirir. Aksiyaya  əsasən bir çox iri  şirkətlərin  kollektivləri  üçün  “İşgüzar Danışıqların aparılması”, “Menecmentin innovativ üsüllürı”,  “Konfliktlərin  idarə edilməsi”   və digər mövzularda  master klasslar keçirir. 

Qeyd edək ki,  “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

 


Xəbər xətti