Putin Trampa top hədiyyə etdi

21:01 - 16 İyul 2018 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Rusiya və ABŞ prezidentləri danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.   Mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. O, ABŞ-ın 2026-cı ildə Dünya Çempionatını keçiriləcəyini xatırladıb. Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq "Melani, götür, oğlum bu topla oynayacaq" deyib. 

Xəbər xətti