Çexiyada şir və pələnglər zooparkdan qaçıb

15:54 - 16 İyul 2018 - Xəbər

Çexiyanın Ştiti kəndində yerləşən zooparkdan heyvanlar qaçıb. Trend-in məlumatına görə, 2 pələng və 1 şirin qəfəsləri necə tərk etməsi hələ məlum deyil.

Hadisə ilə əlaqədar polis kənd sakinlərinə müraciət edərək ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, zoopark bu kənddə 2014-cü ildə yaradılıb.

Zoopark əməkdaşları hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.

Xəbər xətti