ABŞ və Rusiya prezidentləri arasında görüş başlayıb

15:13 - 16 İyul 2018 - DÜNYA

Finlandıyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, görüşün 3 saat sürəcəyi ehtimal edilir.

Yerli vaxtla səhər saatlarında Donlad Tramp Finlandıya prezidenti Sauli Niinistyo ilə görüşüb. Rusiya prezdenti isə Sauli Niinstyo ilə Trampla danışıqlardan sonra bir araya gələcək.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentilər ən çoxu 4 sualı cavablandıracaq.

Onların əsasən Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub.

Xəbər xətti