Ana səhifə
16 Dekabr 2018

Mübariz Qurbanlı: "Gəncədə terror törədənlər din adı altında gizlənmiş radikal qruplardır"

Gəncədə törədilmiş terror aktı ilə əlaqədar istintaq davam etdirilir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, Gəncədə törədilən hadisələr terror aktı idi, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır:

“Onların din adı altında gizlənməsinin də səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyillər və xarici qruplar tərəfindən ələ alınaraq istifadə olunurlar”.

Komitə sədri bildirib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: “İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır”.

M.Qurbanlının sözlərinə görə, Sumqayıtda da, digər yerlərdə də bu cür qruplar mövcuddur ki, onlar din adı altında gizlənərək cinayət törətməyə cəhd edirlər:

“Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanları tərəfindən Sumqayıtda aparılan işlər də həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır, cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir və Gəncədə də əhali Azərbaycan dövlətinin, Prezidentin yürütdüyü siyasəti birmənalı şəkildə müdafiə edir”.

Komitə sədri vurğuayıb ki, Azərbaycanda bu gün ictimai-siyasi sabitlik tam bərpa olunub.

Tarix
16 İyul 2018 [11:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin