Pirallahıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb

11:13 - 16 İyul 2018 - HADİSƏ

Pirallahı qəsəbəsi ərazisində iyulun 15-də sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Ucnoqta.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti