Sabunçuda avtomobil 45 yaşlı kişini vurub öldürdü

10:16 - 16 İyul 2018 - HADİSƏ

Sabunçu rayonunda maşın naməlum piyadanı vurub öldürüb.

Hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Bağırov Əbülfəz Mirzə oğlu idarə etdiyi 45-BB-444 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Zabrat-2 qəsəbəsindən Məhəmmədi kəndinə gedərkən təxminən 44-45 yaşlı kişini vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Hələlik piyadanın şəxsiyyəti məlum deyil.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.trend

Xəbər xətti